Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Əlirza Ərafi xalqı şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasimində Aşura ruhiyyəsi ilə iştirak etməyə dəvət edib.
Dəvət müraciətində deyilir:
Bağışlayan və mehriban Allahın adı ilə
ولاَ تَحْسَبَنَّ الَّذِینَ قُتِلُواْ فِی سَبِیلِ اللّهِ أَمْوَاتاً بَلْ أَحْیَاء عِندَ رَبِّهِمْ یُرْزَقُونَ
«Allah yolunda öldürülənləri, əsla ölülər zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.» (Ali-İmran surəsi 169)
İslam İnqilabının arxasında duran rəhbərin uzun illər yorulmaz mübarizə və haqq yolunda nümunəvi müqavimətdən sonra şəhadətə qovuşması İslam ümməti və İran xalqı üçün böyük itki olmuş, möminlərin qəlbini dərin hüzn və kədərlə doldurmuşdur.
Həqiqətən də, İnqilabın böyük və şəhid rəhbəri son nəfəsinədək İslam İnqilabının ideallarına sadiq qalmış, xalqın və İran İslam Respublikasının yolunda fədakarlıq göstərmişdir. Bu gün onun mübarək cənazəsinin dəfn mərasiminin keçirilməsi üçün şərait yarandığı bir vaxtda bizim vəzifəmiz həmin tarixi hadisədə möhtəşəm şəkildə iştirak etməklə bu böyük şəxsiyyətin xalqın qəlbindəki yerini nümayiş etdirməkdir.
Ölkənin hər yerində bütün təbəqələrin bu mərasimdə iştirakı xalqın öz sevimli rəhbəri şəhid Ayətullah Seyid Əli Xameneiə bağlılığının göstəricisidir. Bu bağlılıq həzrət Əba Əbdillah Hüseynin (ə) matəm günlərində daha aydın şəkildə təcəlli edir və ümid edirik ki, bu iştirak əziz şəhid Ayətullah Seyid Əli Xameneinin məqamının ucaldılması istiqamətində Aşura ruhlu bir hərəkata çevriləcəkdir.
Mən xalqın bütün təbəqələrini, İmam Xomeyni (ə) və şəhid Ayətullah Seyid Əli Xamenei məktəbinə bağlı olanları, eləcə də bu böyük müsibətdən təsirlənən bütün insanları bu möhtəşəm hadisədə geniş iştirak etməyə çağırıram ki, öz iştirakları ilə bu torpağın tarixində yeni bir qızıl səhifə yazsınlar.
Ölkə üzrə Elm hövzələri rektoru
Əlirza Ərafi
Şəhid Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimlərinin proqramı açıqlanıb
(4 iyul 2026-cı il, şənbə) və (5 iyul 2026-cı il, bazar), müvafiq olaraq Məhərrəm ayının 19 və 20-si: Şəhid Ayətullah Seyid Əli Xameneinin pak cənazəsi ilə vida mərasimləri Tehran şəhərində yerləşən İmam Xomeyni (r) adına müsallada keçiriləcək.
(6 iyul 2026-cı il, bazar ertəsi), Məhərrəm ayının 21-i: Dəfn mərasimi Tehran şəhərində təşkil olunacaq.
(7 iyul 2026-cı il, çərşənbə axşamı), Məhərrəm ayının 22-si: Dəfn mərasimi müqəddəs Qum şəhərində keçiriləcək.
(8iyul 2026-cı il, çərşənbə), Məhərrəm ayının 23-ü: Dəfn mərasimi İraqda təşkil olunacaq.
(9 iyul 2026-cı il, cümə axşamı), Məhərrəm ayının 24-ü və İmam Səccadın (ə) şəhadəti gecəsi: Dəfn mərasimi müqəddəs Məşhəd şəhərində keçiriləcək və Şəhid Ayətullah Seyid Əli Xameneinin nəşi İmam Rzanın (ə) mübarək hərəmində torpağa tapşırılacaq.
Ölkə üzrə Elmi hövzələrin rektoru Ayətullah Ərafi daha əvvəl, (25 iyun 2026-cı il) tarixində yaydığı göstərişdə Hövzə Təbliğ Qərargahının məsulları, hövzənin müavinləri, idarəçiləri cə həmçinin vilayət və bölgə rəhbərlərinə, eləcə də ölkə üzrə bütün Elmi hövzə müəssisələrinin rəhbərlərinə müraciət edərək Şəhid Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasimi üzrə hövzə qərargahının yaradıldığını elan etmişdi.
Ayətullah Ərafi həmin göstərişdə həzrət Ayətullah Seyid Əli Xameneinin (r) dəfn mərasiminin yüksək səviyyədə keçirilməsi üçün Elmi hövzələrin bütün imkan və potensiallarının səfərbər edilməsinin vacibliyini vurğulamışdı.
O bildirib ki, bu qərargahın mərkəzdə və onun ölkə daxilində, eləcə də xaricdə fəaliyyət göstərən strukturlarında əsas vəzifəsi indidən başlayaraq dəfn mərasiminə, daha sonra isə Şəhid Ayətullah Seyid Əli Xameneinin (ə) qırxıncı gününədək bütün qüvvə və imkanları səfərbər etməkdir.
Ayətullah Ərafi bu vəzifənin digər bütün fəaliyyətlərdən üstün və prioritet məsuliyyət olduğunu da xüsusi olaraq qeyd edib.
Xəbərin sonu
Rəyiniz